Vahid Ələkbərovdan neftin taleyi ilə bağlı - Proqnoz

vahid-elekberovdan-neftin-taleyi-ile-bagli
Oxunma sayı: 3524

“2017-ci ilin birinci yarısında neftin bir barrelinin qiyməti hasilatın azaldılması ilə bağlı razılığa əsasən 50-60 dollar diapazonunda olacaq”.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov “Rossiya 24” telekanalının efirində çıxışı zamanı bildirib.

“Əminəm ki, yaxın zamanlarda 50-60 dollar səviyyəsi reallaşacaq. Daha sonra, cari ilin ikinci yarısında hər şey dünya birjasının bu tədbirlərə reaksiyasından asılı olacaq”, - deyə şirkət rəhbəri söyləyib.

Bundan əlavə o, son iki il ərzində yığılmış ehtiyatların azaldığını nəzərə alaraq yeni obyektlərin istismara verilməsini istisna etməyib.

V. Ələkbərovun fikrincə, OPEK-ə üzv bütün ölkələr hasilatın azaldılmasına dair müqavilələrin müddəti bitdikdən sonra da öz öhdəliklərini yerinə yetirəcəklər.

Onun sözlərinə görə, Rusiyanın bütün neft şirkətləri 2017-ci il yanvarın 1-dən etibarən hasilatın azaldılması ilə bağlı öhdəliklərinə əməl edirlər.

Xatırladaq ki, Azərbaycan da daxil olmaqla Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Qazaxıstan və digər dövlətlər neft hasilatının həcminin azaldılmasına razı olublar.