Türkiyəyə iyunun sonuna kimi vaxt verildi - Son 5 şərt

turkiyeye-iyunun-sonuna-kimi-vaxt-verildi
Oxunma sayı: 2282

Avropa Birliyi Komissiyası Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə yeni qərar qəbul edilib.

Qafqazinfo” xəbər verir ki, vizaların götürülməsini tövsiyə edən Avropa Birliyi Türkiyənin tamamlamalı olduğu 72 meyardan yalnız 5-inin əskik olduğunu bildirib. Beş tələbin yerinə yetirilməsi üçün isə Türkiyəyə iyunun sonuna qədər vaxt verilib. 

Qeyd edək ki, Türkiyənin əməl etmədiyi 5 kriteriya aşağıdakılardır:

1. Biometrik pasportların istifadəyə verilməsi
2. 1 iyundan “Geri qəbul müqaviləsi”nin həyat keçməsi
3. Mətbuat azadlığının gücləndirilməsi
4. Rüşvətlə mübarizə
5. İnformasiya təhlükəsizliyi

O da bildirilir ki, Avropa Komissiyasının “vizalar ləğv edilsin” qərarının qəbul edilməsi üçün Avropa Birliyi Parlamenti və üzv ölkələr səs verməlidir.

Bütün addımlar başa çatdıqdan sonra isə Türkiyəyə qarşı sərbəst viza rejimi texniki olaraq iyulun 1-dən qüvvəyə minəcək.

Aysel Kərimova