Türkiyə məhsullarına qoyulan qadağa ləğv olunmayacaq

turkiye-mehsullarina-qoyulan-qadaga-legv-olunmayacaq
Oxunma sayı: 2798

Rusiya Türkiyədən məhsul idxalına qoyulan qadağanı aradan qaldırmağı planlaşdırmır.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin mətbuat katibi Yuliya Melano məlumat yayıb.

“Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti Türkiyə məhsullarının idxalı ilə bağlı qüvvədə olan məhdudiyyətin götürülməsi imkanlarını nəzərdən keçirmir”, — deyə mətbuat katibi bildirib.

“Türkiyə məhsullarının Rusiya bazarına tədarükünə qoyulan qadağanın tam və ya qismən ləğv edilməsi məsələsi rəsmi Ankaranın Rusiya məhsullarına qoyduğu məhdudiyyətləri aradan qaldırması ilə birgə müzakirə olunmalıdır", deyə Kənd Təsərrüfatı Nazirliyindən qeyd ediblər.

Xatırladaq ki, martın 15-də Türkiyə Rusiyadan buğda, qarğıdalı, günəbaxan və bitki yağlarının ixracatçılarına ilə lisenziyaların verilməsini dayandırıb.