Tikinti şirkətlərinin saxta elanlarına aldanmayın! - Video

tikinti-sirketlerinin-saxta-elanlarina-aldanmayin
Oxunma sayı: 1585

Paytaxtdakı bəzi tikinti şirkətləri son vaxtlar yeni inşa edilən binalardan satdıqları mənzillərin qiymətlərini bahalaşdırıblar. Bahalaşma bir kvadratmetrdə 200-300 manata qədərdir. Maraqlısı budur ki, bu bahalaşma müştərilərin alıcılıq qabiliyyətinin aşağı düşdüyü bir vaxtda baş verir.

Əmlak eksperti Ramil Osmanlı bildirir ki, tikinti şirkətləri qiymətləri öncə 70 faiz yüksəldir, daha sonra isə 50 faizlik endirim kampaniyası elan edərək müştəriyə daha baha satırlar. Müştərilər isə yalançı kampaniyalara aldanıb daha ucuz qiymətə mənzil sahibi ola biləcəklərini düşünürlər.

Ekspertin fikrincə tikinti şirkətlərinin bu yalançı reklam kampaniyalarına nəzarət edilmədiyindən onlar həm istehlakçıları aldadırlar, həm də öz qazanclarını təhlükə altına atırlar. Bu. tikinti şirkətlərində marketinq siyasətinin həddən artıq zəif təşkil olunmasından irəli gəlir.

Reallıq bundan ibarətdir ki, tikinti şirkətlərinin heç bir səbəb olmadan qiymətləri qaldırması həm vətəndaşların, həm də şirkətlərin zərərinədir. Məhz elə buna görə hazırda Bakıda inşa edilən 2 mindən çox binanın mənzillərinin 30 faizi boş qalıb.

"Qafqazinfo" xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edir: