SOCAR-ın platformasında meydançanın bir hissəsi çökdü - İtki yoxdur

socar-in-platformasinda-meydancanin-bir-hissesi-cokdu
Oxunma sayı: 1838

Dünən axşam saatlarında SOCAR-ın N. Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) "Ələt" yatağındakı 41 saylı platformasında meydançanın dizel yanacağı tutumunun altındakı hissə çöküb.

"Qafqazinfo" xəbər verir ki, SOCAR-dan "APA-Economics"ə bildirilib ki, görülən tədbirlər nəticəsində müvəqqəti tutum qoyulub ki, yatağın elektrik enerjisi ilə təchiz olunması tam olaraq təchiz edilsin.

Məlumata görə, bu gün səhər saatlarından SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun əməkdaşları hadisə yerinə cəlb olunub: "Artıq tutum öz yerinə qoyulub".

Dövlət şirkətindən bildirilib ki, hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Bununla yanaşı, sütun germetik bağlı olduğundan dənizə heç bir dağıntı olmayıb.