Flower

SOCAR-dan Xalik Məmmədovla bağlı - Açıqlama

“SOCAR-dan Xalik Məmmədovla bağlı  -  Açıqlama
Oxunma sayı: 2772

Bu gün bir sıra elektron kütləvi informasi vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun istintaqa cəlb olunması ilə bağlı məlumat yayılıb.

Bu haqda SOCAR-ın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, bu məlumat tamamilə əsassızdır: “SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib. Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar”.


Yeni Facebook səhifəmizi bəyən


Bizi twitter-də izlə