SOCAR daha bir quyunu istismara verdi

socar-daha-bir-quyunu-istismara-verdi
Oxunma sayı: 646

“Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündə 75 nömrəli quyu geoloji tədbirdən sonra, məhsuldar qat çöküntülərinin qirməkiüstü qumlu lay dəstəsindən 3324-2981 metr intervaldan mənimsənilib və gündəlik 20 ton kondensat, 280 min kubmetr qaz hasilatı ilə istismara verilib.

QafqazinfoSOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.