SOCAR “ASAN xidmət”lə saziş bağladı

socar-asan-xidmetle-sazis-bagladi
Oxunma sayı: 1894

SOCAR ilə “ABAD xidmət” arasında qarşılıqlı əməkdaşlığa xidmət edəcək Anlaşma Memorandumu və “ASAN xidmət”lə təlim-tədris məsələləri, könüllü fəaliyyəti, ətraf mühitin qorunması və təhlükəsizlik, informasiya texnologiyaları, müasir innovativ texnologiyaların tətbiqi, sosial məsuliyyət və digər sahələrdə birgə Əməkdaşlıq sazişinin imzalanma mərasimi keçirilib.

Qafqazinfo” xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov, şirkət və “ASAN xidmət” rəhbərliyinin nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən Rövnəq Abdullayev son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışıb. R.Abdullayev qeyd etmişdir ki, indiyədək ölkənin neft-qaz sektoruna 68,2 mlrd. ABŞ dolları həcmində sərmayə yatırılıb, SOCAR-ın dövriyyə kapitalı 2007-ci ildən bəri 2 dəfəyə yaxın artıb, aktivlərinin ümumi dəyəri 9 mlrd. manatdan təqribən 40 mlrd. manata çatıb.

Daha sonra SOCAR və “ASAN xidmət” arasında Əməkdaşlıq sazişinin əhəmiyyətindən danışan R. Abdullayev qeyd edib ki, bu, məhsuldar birgə fəaliyyəti təmin edərək yeni layihələrin icrasına, ümumilikdə isə ölkənin sosial-iqtisadi inkişafının daha da möhkəmlənməsinə xidmət edəcək.

Əməkdaşlıq Sazişi başda kadr, təlim-tədris məsələləri olmaqla, bütün uyğun sahələrdə sıx və effektiv işbirliyini nəzərdə tutur.

Sonra SOCAR ilə “ABAD xidmət” arasında Anlaşma Memorandumu və “ASAN xidmət” arasında Əməkdaşlıq sazişi imzalanıb.