Samir Şərifov büdcə ilə bağlı suallara cavab verdi

samir-serifov-budce-ile-bagli-suallara-cavab-verdi
Oxunma sayı: 1202

“Dövlət başçısının pensiya islahatı konsepsiyasına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb. Yaxın zamanlarda Nazirlər Kabineti tərəfindən ölkə prezidentinə təqdim olunacaq”

Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə millət vəkillərinin büdcə ilə suallarına cavab verərkən deyib.

Onun sözlərinə görə, qanunun hazırlanmasında əsas məqsəd odur ki, pensiyalar yığılmış kapital üzərində formalaşsın: “Yəni hər kəs zəhmətinə uyğun olaraq layiqli pensiya ala bilsin”.

Diplomatların pensiyalarının artırılması ilə bağlı təkliflərə gəldikdə isə, nazir qeyd edib ki, bu məsələni araşdıra bilərlər: “Çox güman ki, bu məsələdə elə də acınacaqlı vəziyyət olmamalıdır. Hətta bir neçə il əvvəl pensiyaların hesablanması üçün qaydalar Xarici İşlər Nazirliyinə təqdim edilib. Bu olsa, diplomatların xeyrinə olar. Amma bu günə qədər XİN tərəfindən məsələyə reaksiya verilməyib”.

Nazir həmçinin təhsil kreditləri ilə bağlı konkret məlumat verə bilməyəcəyini qeyd edib: “Ölkədə olan iqtisadi durumla bağlı 12-13 faizlə təhsil kreditlərinin alınması əlverişli olmaz. Təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı isə müəyyən işlər aparılır”.

Qeyd edək ki, müzakirələrdən və nazirin məlumatı dinlədildikdən sonar büdcənin icrası ilə bağlı qanun səsə qoyularaq təsdiqlənib.

Günel Türksoy