Rusiya ilə Türkiyə arasında qaz danışıqları

rusiya-ile-turkiye-arasinda-qaz-danisiqlari
Oxunma sayı: 647

Rusiya və Türkiyə “Türk axını” qaz kəməri layihəsi çərçivəsində danışıqlara yenidən başlayıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın enerji naziri Aleksandr Novak bildirib.

Nazirin sözlərinə görə, Türkiyə Rusiyadan 15,7 milyard kubmetr qaz idxal etmək istəyir. Novak “ Layihə çərçivəsində iki kəmərin inşa edilməsi üçün Türkiyə ilə danışıqlar yenidən başlayıb. İkinci xətlə Avropanın cənub-şərq bölgəsinə qaz daşınması planlaşdırılır”,- deyə açıqlama verib.

Aysel Kərimova