Rövnəq Avdullayev istiqrazlara şəxsən zəmanət verir - Video

rovneq-avdullayev-istiqrazlara-sexsen-zemanet-verir
Oxunma sayı: 2116

SOCAR istiqrazlarını alan vətəndaş onu istədiyi anda, aldığı qiymətə təhvil verə bilər. Lakin, ən azı 3 ay müddətinə saxlayan sahibkar isə, istiqrazın faizini qazanır.

Qiymətli sənədin zəmanətinə gəlincə, bu barədə SOCAR prezidenti Rövnəq Avdullayev, şirkət adından şəxsən zəmanət verir.

"Qafqazinfo" xəbər verir ki, Rövnəq Abdullayev "ATV Xəbər"ə müsahibəsində istiqrazların detallarına, SOCAR-ın xarici və daxili borclarının olması ilə bağlı söz-söhbətlərə, Dövlət Neft Şirkətinin özəlləşməsi, irimiqyaslı layihələrin həyata keçirilməsi, benzinin və qazın qiyməti, eləcə də digər aktual məsələlərə də toxunub.

Müsahibəni daha ətraflı sabah saat 20.00-da "Həftə Sonu"nda izləyə bilərsiniz.