Rövnəq Abdullayev “Rosneft”in aktivlərindən almaq istəyir

rovneq-abdullayev-rosneftin-aktivlerinden-almaq-isteyir
Oxunma sayı: 1619

SOCAR Rusiyanın "Rosneft" dövlət şirkətinin bir sıra aktivlərinə yiyələnmək imkanını öyrənir.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev Londonda "Rosneft" şirkətinin prezidenti İqor Seçinlə danışıqlardan sonra jurnalistlərə bildirib.

"Bir neçə həftə ərzində sənədlərin imzalanması mümkündür. Aktivlərin adları məlumdur, lakin iddiaçıların sayı çoxdur, hamı "Rosneft" ilə əməkdaşlıq etmək istəyir", - deyə R. Abdullayev bildirib.