Rayon qeydiyyatında olanlara kredit verilmir - Video

rayon-qeydiyyatinda-olanlara-kredit-verilmir
Oxunma sayı: 1486

Rayon qeydiyyatında olan şəxslərə kreditlə mebel satışı dayandırılıb. Heç Bakı qeydiyyatı olmayanlara kreditlə elektron əşyalar da satılmır.

Qafqazinfo” xezerxeber-ə istinadən xəbə verir ki, əvvəllər qeydiyyatından asılı olmayaraq iş yerindən arayış və tək şəxsiyyət vəsiqəsi ilə kreditlə mobil telefon və məişət əşyalarını almaq mümkün idi.

Bir çox mağaza kreditlə satışı dayandırıb. Yalnız böyük mağazalar kreditlə satış həyata keçirir ki, onlar da rayon qeydiyyatı olanlara bunu qadağan ediblər. Mağazalar problemli kreditlərin artdığı bir vaxtda riskə getmək istəmədiklərini deyirlər.

Mütəxəssislərin sözlərinə görə, daxili kreditlə bağlı qanunvericilikdə bununla bağlı hər hansı bir tələb olnmasa da məsələyə vətəndaşlar arasında ayrı-seçkilik salma müstəvisində yanaşmaq olar.