Qeyri-neft sektorunun payı - 56.3 faiz

qeyri-neft-sektorunun-payi-
Oxunma sayı: 769

Dövlət Statistika Komitəsi 2017-ci ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı ilə bağlı açıqlama yayıb.

Qafqazinfo” xəbər verir ki, açıqlamaya görə, 2017-ci ilin yanvar ayında ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq 5233,1 milyon manat təşkil edib.

Ümumi daxili məhsulun 56,3 faizi iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunub.

ÜDM istehsalının 47,7 faizi sənayenin, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 6,8 faizi tikintinin, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 15,9 faizi isə digər sahələrin payına düşüb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1 faizini təşkil edib.