Qaz sabah kəsiləcək

qaz-sabah-kesilecek
Oxunma sayı: 3201

Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Qafqazinfo"ya daxil olan məlumata görə, təmir işlərinin Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.