Putin Poroşenkonun Rusiyadakı biznesindən danışdı

putin-porosenkonun-rusiyadaki-biznesinden-danisdi
Oxunma sayı: 1662

Putin Ukrayna prezidenti Petro Poroşenkonun Rusiyadakı biznesindən danışıb.

Qafqazinfo” “Life.ru”ya istinadən xəbər verir ki, Rusiya dövlət başçısı mülkiyyət hüququna hörmət etməyə çalışdıqlarını bildirib.

“Poroşenko belə investorlardan biri sayılır. O, Lipetsk (Rusiyada-red) vilayətindəki iri "Roshen" fabrikinin sahibidir.Orada ƏDV-nin qaytarılması ilə bağlı problemlər var. Məhkəmə orqanı məhdudlaşdırıcı tədbirlər görüb. Amma fabrik işləyir və gəlir əldə edir. Petro Poroşenkonun fabrikdən mənfəət götürməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur”,-deyə Vladimir Putin bildirib.