Problemli kreditlərlə bağlı yenilik

-problemli-kreditlerle-bagli-yenilik
Oxunma sayı: 3596

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini "bir dam altında" birləşdirməyi planlaşdırır.

QafqazinfoTrend-ə istinadən xəbər verir ki, bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir: "Müvafiq hesabat artıq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq".

Ölkənin bank sisteminin sağlamlaşdırılması barədə danışan R.Aslanlı qeyd edib ki, Palata bu istiqamətdə bankların birləşməsini səmərəli hesab etmir: "Biz bankların və sığorta şirkətlərinin məcburi birləşməsinin əleyhinəyik, biz belə addımı uğursuz hesab edirik".