Problemli kreditlər 1.3 milyardı keçdi

problemli-kreditler-13-milyardi-kecdi
Oxunma sayı: 2205

Sentyabr Ayının 1-nə olan məlumata görə, 20 milyard 95,8 milyon manat kreditin 1 milyard 333,6 milyon manatının və ya 6,6%-nin ödəmə vaxtı keçib.

“Qafqazinfo” “Marja.az” saytına istinadən xəbər verir ki, Mərkəzi Bank avqust ayında problemli kreditlərin 38,8 milyon manat artdığını bildirib. Avqust ayında ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 294,8 milyon manat idi.

Ödəmə vaxtı keçmiş kreditlər, milyon manatla

 

Dekabr 2014

976,3

Yanvar

1030,9

Fevral

1138,2

Mart

1213,3

Aprel

1256,6

May

1313,2

İyun

1338,7

İyul

1294,8

Avqust

1333,6

Sayt həmçinin yazır ki, avqust ayında əhali banklardakı əmanətlərini 284,8 milyon manat azaldıb. 01 Sentyabr 2015-ci il tarixinə əhalinin banklarda əmanətlərinin məbləği 7 milyard 320,3 milyon manat təşkil edib. Bu, avqust ayının 1-i ilə müqayisədə 284,8 milyon manat azdır. Avqustun 1-də əhalinin banklarda əmanətləri 7 milyard 605,1 milyon manat idi.

Bunun qarşılığında isə dollarla əmanətlərin həcmi artıb. Əmanətlərin 25,2%-i və ya 1 milyard 847,9 milyon manatı milli valyutada, 78,8%-i isə xarici valyutada (əsasən dollarda) olub.
Avqustun əvvəlində əmanətlərin 28%-i və ya 2 milyard 138,7 milyon manatı milli valyutada, 72%-i və ya 5 milyard 466,4 milyon manatı xarici valyutada idi.

Əhalinin əmanətləri, milyon manatla 

Ay

Məbləğ

Milli valyutada

Xarici valyutada

Dekabr 2014

7188,4

4422,4

2766,0

Yanvar

7121,3

4276,3

2845,0

Fevral

7932,7

2987,8

4944,9

Mart

7781,6

2697,0

5084,6 

Aprel

7717,2

2245,1

5472,2

MAy

7601,1

2172,6

5428,5

İyun

7653,6

2179,9

5473,6

İyul

7605,1

2138,7

5466,4

Avqust

7320,3

1847,9

5472,4