Prezident yol tikintisinə 5, 9 milyon manat ayırdı

prezident-yol-tikintisine-5-9-milyon-manat-ayirdi
Oxunma sayı: 1544

Prezident İlham Əliyev Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Qafqazinfo”nun məlumatına görə, 72 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi məqsədi ilə 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 5,9 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini təmin etmək tapşırılıb.