Prezident büdcədən pul ayırdı - Sərəncam

prezident-budceden-pul-ayirdi
Oxunma sayı: 5811

Azərbaycan Prezidenti İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“1. On üç min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 1,3 milyon (bir milyon üç yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.