“Payım” - Sizin payınız! - Fotolar

payim-sizin-payiniz
Oxunma sayı: 9694

“Payım” brendinin istehsalçısı “AL-SANA” Şirkətinin direktoru Samir Orucov: “İlk gündən fəaliyyətimizi halallıq prinsipləri üzərində qurmuşuq”

Bu gün ölkədə çox sayda ət və ət məhsulları istehsal edən şirkətlər var. Keyfiyyəti və müştəri məmnuniyyətilə seçilənlərin sayı isə barmaqla sayılacaq qədərdir. Onlardan biri də “Payım”dır.
“Payım” brendinin istehsalçısı “AL-SANA” Şirkətidir. “AL-SANA” Məhdud Məsuliyyətli Cəmiyyəti 2014-cü ilin dekabr ayından fəaliyyət göstərir. Şirkət təsis edildiyi ilk gündən halal istehsalatla məşğul olur, yalnız halal standartlı məhsullar hazırlayır.

“Al San” MMC-nin direktoru Samir Orucov deyir ki, “Payım” brendi altında 40-a yaxin çeşiddə - hər növ toyuq, mal əti tərkibli sosislər, kolbasalar istehsal edirlər. Məhsullar əsasən yerli toyuq və mal ətindən hazırlanır. İstehsalat ən müasir avadanlıqlarla təchiz edilib. Məhsulların yoxlanması üçün xüsusi laboratoriya da fəaliyyət göstərir: “Şirkətimizin “Payım” brendinin əsas xüsusiyyətlərindən biri donmuş məhsullardan heç bir halda istifadə etməməsidir. “AL-SANA” MMC-nin yüksək keyfiyyətilə seçilən qida əlavələrindən istifadə etdiyini xüsusi olaraq vurğulamaq istəyirik. “Payım” brendində istifadə olunan bütün ətlərin hamısı yerli məhsullardır. Ölkəmizin müxtəlif səfalı regionlarından alınan ətlər İslam qaydalarına uyğun olaraq kəsilir və istehsalata buraxılır. İslamın qaydaları çərçivəsində istehsal edilən, ekoloji təmiz, yüksək keyfiyyətli “Payım” ət və ət məhsulları beynəlxalq standartlara uyğundur. Faydalı maddələr və minerallarla zəngin olan məhsullarımız sağlam qidalanma üçün ən düzgün seçimdir!”

S. Orucov xüsusilə vurğuladı ki, müəssisə işə başladığı ilk gündən fəaliyyətini halallıq prinsipləri üzərində qurub: “Bu səbəbdən yerli məhsulllardan istifadə edirik. Həm mal, həm də toyuq kəsimi öz işçilərimiz tərəfindən halallıq standartı əsasında həyata keçirilir. Əlavə inqriyentlərə, ədavalara gəlincə, bizim ölkədə istehsal olunmadığı üçün xaricdən halallıq standartı əsasında alırıq. Bu gün insanların daha çox halal məhsullara üstünlük verməsi bizi bir istehsalçı kimi bu məhsulların keyfiyyəti və çeşidlərinin artırılması üzərində çalışmaga vadar edir. Halal bazarının genişlənməsi bir çox dünya ölkələrində mövcutdur və bu səbəbdən məhsullarımızı xarici bazarlara çıxarıb ölkəmizi təmsil etmək istiqamətində işlər aparırıq. Ilk olaraq yaxın vaxtlarda MDB ölkələrinə “Payım” məhsullarını çıxarmağa hazırlaşırıq”.

Ət məhsullarının tərkibinin 100 faiz ət olmaması barədə fikirlərə gəlincə, direktor bildirdi ki, 100 kilo kolbasanın hamısı ət ola bilməz: “Məsələn, evdə küftə bişirəndə tərkibi tək ətdən bişirmirik ki? Biz də artımlı və dadlı olması üçün əlavə vasitələr qatırıq. Məhsula görə, ət faizi də fərqlidir. Tərkibində nə qədər ət çox olarsa, qiymət də təbii ki baha olacaq. Biz gördüyümüz işin halallığına, keyfiyyətinə tam əminik. Qapılarımız hər vaxt açıqdır. Kim nə vaxt istəsə gəlib istehsalatla tanış ola bilər. Təbii ki, gigiyenik qaydalara əməl olunmasi şərtilə”.
Bu gün bazarda tanınmış ət və ət məhsulları istehsal edən şirkətlər var. Sizin rəqiblərinizdən fərqiniz nədir?

İstehlakçı niyə “Payım” şirkətini seçməlidir, sualına S. Orucov belə cavab verdi: “Şirkətimizin iş prinsipini “açıq qapı”, “şəffaf istehsalat”dır. Kimin nə iradı olarsa o dəqiqə araşdırmağa, cavab verməyə hazırıq. İkincisi də, ağız dadı deyilən şey var. Ola bilər, kiməsə bizim məhsul ağız dadına uygundur, kiməsə yox. Amma 70-80 faiz cəmiyyətin ağız dadına bələdik. Elə edirik ki, bir dəfə alan müştəri yenə də bizim məhsullara müraciət etsin. Böyük marketlərdə məhsulu tanıtdırmaq üçün daddırma kampaniyaları keçiririk. Reklam kampaniyaları edirik. “Payım” ət və ət məhsullarının diqqətli və həssas alıcılar tərəfindən rəğbətlə qarşılanması işlərimizə stimul verir və bizi daha da sevindirir. Buna görə də məhsullarımızın bütün parametrlərində öz halallığımızı, nüfuzumuzu və vətəndaşımıza olan ehtiramımızı qorumağa çalışırıq”.

S. Orucov həmçinin qeyd etdi ki, dövlət tərəfindən hər zaman dəstəklənirlər.
Halal və yüksək keyfiyyətli “Payım” məhsullarının ölkəmizin bütün marketlərindən əldə edə bilərsiniz!

Ünvan: Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir 8a.
Tel.: (012) 514 75 93

Fotolar: Nuran