Palata bankın 6 filialını ləğv etdi

palata-bankin-6-filialini-legv-etdi
Oxunma sayı: 2188

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarı ilə “PAŞA Bank” ASC-nin yeni şöbəsinin açılmasına icazə verilib və “Bank VTB (Azərbaycan)“ ASC-nin 6 filialının lisenziyaları ləğv edilib.

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, “Bank VTB (Azərbaycan)” ASC-nin “İçərişəhər”, “Həzi Aslanov”, “Əhmədli”, “Bakıxanov”, “28 May” və “Xırdalan” filiallarının icazələrinin ləğv edilməsinə dair müraciətinə baxılıb. Filialların bağlanmasına əsas səbəb “Bank VTB (Azərbaycan)” tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8 olacaq.