Ötən il “Azercell” üçün uğurlu olub - Vahid Mürsəliyev

oten-il-azercell-ucun-ugurlu-olub-
Oxunma sayı: 1597

““Azercell Telekom” MMC fəaliyyət göstərdiyi 20 il ərzində ölkə iqtisadiyyatında öz sözünü deyən şirkətlərdən biri olub”.  

Qafqazinfo” xəbər verir ki, bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında “Azercell”in prezidenti Vahid Mürsəliyev deyib. O bildirib ki, “Azercell” hazırda Azərbaycan mobil rabitə bazarının 48%-nə nəzarət edir. Şirkətin abunəçilərinin sayı 4,5 mln. nəfəri ötüb: “Ötən il “Azercell” dövlət büdcəsinə 175,1 mln. manat, 20 il ərzində isə 1 mlrd. 458,2 mln. manat vəsait ödəyib. Şirkətin ödəmələrinin dövlət büdcəsində xüsusi çəkisi təxminən 2,3% təşkil edir. Qeyri-neft sektoru üzrə ödənişlərdə isə "Azercell" şirkətinin ödənişlərinin xüsusi çəkisi 2,9%-dir”.

V. Mürsəliyev həmçinin qeyd edib ki, ötən il şirkət üçün uğurlu keçib, korporativ müştərilərin sayı artıb: “Bir il ərzində 4G şəbəkəsini 84% gücləndirdik, mobil internetin tariflərini 27% azaltdıq. Şirkət 2016-cı ildə ölkədə telekommunikasiyanın inkişafına 31 mln. 16 min dollar,  20 il ərzində 1 mlrd. 443 mln. dollar ödəyib. Bundan başqa, ötən il şirkət öz kadr potensialının gücləndirilməsi və təkmilləşdirilməsinə 659 min 430,21 dollar, 20 il ərzində isə 22 mln. 434 min 173,21 dollar sərmayə yatırıb. 2016-cı ildə şirkət sosial layihələrin həyata keçirilməsi üçün 255 min 683,84 dollar, 20 il ərzində isə 18 mln. 722 min 27,66 dollar həcmində vəsait sərf edib”.

V. Mürsəliyev ölkədə baş verən devolvasiya prosesinə də toxunub və bildirib ki, bütün şirkətlər kimi, manatın devalvasiyası "Azercell”ə də təsir edib. Belə ki, ötən il şirkətə 10-15 milyon manat zərər dəyib.

Nigar