Oqtay Haqverdiyev vəfat etdi

oqtay-haqverdiyev-vefat-etdi
Oxunma sayı: 5217

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Maliyyə-kredit şöbəsinin sabiq müdiri, iqtisadiyyat nazirinin keçmiş müavini, iqtisadçı-ekspert Oqtay Haqverdiyev vəfat edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə Report-a onun ailəsindən məlumat verilib.

Tanınmış iqtisadçı 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, O.Haqverdiyev 1936-cı il mayın 15-də Bakıda anadan olub.