“OPEK ölkələrinə neftin bahalaşması sərfəli deyil” - İran

opek-olkelerine-neftin-bahalasmasi-serfeli-deyil
Oxunma sayı: 887

OPEK ölkələri neftin barellinin 55 dollardan yuxarı olmasında maraqlı olmamalıdır.

Qafqazinfo” xəbər verir ki, bu sözləri İranın neft naziri Bijan Namdar Zanqan bəyan edib:

“Əgər neftin qiyməti barelli 60 dollardan yuxarı qalxarsa, OPEK-ə daxil olmayan istehsalçılar yüksələn qiymətlərdən maksimum fayda götürmək üçün hasilatı artıracaqlar”.

Nazir bununla da, bazarda bərabərliyi bərqərar etmək üçün neft hasilatının azaldılması ilə bağlı OPEK-in razılaşmasının vacibliyini bəyan edib.