OPEK neft hasilatının dondurulmasına razılıq verdi

opek-neft-hasilatinin-dondurulmasina-raziliq-verdi
Oxunma sayı: 984

OPEK-ə üzv ölkələr Əlcəzairdə qeyri-formal görüşlərində orta sutkalıq neft hasilatının 32,5 milyon barrel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə ediblər.

Qafqazinfo”nun məlumatına görə, bu barədə “Reuters”ə diplomatik mənbə bildirib.

Müvafiq məqsədə nail olunduqdan sonra kartel digər neft ixracatçı ölkələrini sazişə qoşulmağa çağıracaq.

Müqavilələr bu ilin noyabrında qüvvəyə minəcək.