Nurgün Motors yeni kampaniyaya start verdi

nurgun-motors-yeni-kampaniyaya-start-verdi
Oxunma sayı: 3097

Hər zaman yeni kampaniya və güzəştlərlə öz müştərilərini sevindirən “Nurgün Motors” yeni kampaniyaya start verdi! Belə ki, kampaniya müddətində bütün Nissan X-Trail modellərini xüsusi endirim və güzəştlərlə əldə edə bilərsiniz.

Belə ki, 8800 manat ilkin ödəniş etməklə manatla olan lizinq vasitəsilə arzuladığınız Nissan X-Trail sahibi ola bilərsiniz! Eyni zamanda, 1 illik kasko sığorta “Nurgün Motors” tərəfindən hədiyyə edilir.

Qeyd edək ki, 7 yerlik salona malik X-Trail, sükanın teleskopik tənzimlənməsi, ön və arxa şüşələrin, yan güzgülərin elektron tənzimlənməsi, yük bölümünün həm elektron və həm də sensorla açılıb-bağlanmasi, üçüncü sıra oturacaqlarının elektron açılıb-bağlanmasi, ksenon fənərlərin, panoramalı lyukun avtomatik tənzimlənməsi , arxa görüntü kamerası, arxa parklama sensorları, sükanın və ön oturacağın elektron tənzimlənməsi, sürücü oturacağının yaddaş tənzimlənməsi və s. bu kimi xüsusiyyətləri hər bir səfərinizi ideal səyahətə çevirməyə imkan verir.

Bundan əlavə, bütün Nissan modellərini manatla təklif edilən sərfəli kredit şərtləri ilə də əldə etmək mümkündür. Digər modellər və kampaniya haqqında daha ətraflı məlumat üçün Nissan satış mərkəzlərinə müraciət edə bilərsiniz.

Minimal ilkin ödəniş etməklə avtomobil sahibi olmaq şansını qaçırmayın!

Nəzərinizə çatdıraq ki, istehsalçı tərəfindən bütün Nissan Modellərinə 5 il və ya 155 000 km rəsmi zəmanət verilir.

Ünvan: Bakı şəh. Babək pr. 31 Tel: (012) 448 38 38 Ünvan: Bakı şəh., Salamzadə küç., 2 (Nəqliyyat Nazirliyinin yaxınlığı) Tel: (012) 430 90 90; (012) 934

Website: www.nissan.az

Facebook: NissanAzerbaijan

Instagram: nissanazerbaycan