Niyə məhz bu iki nazirlik birləşdi? - Ekspert açıqladı

niye-mehz-bu-iki-nazirlik-birlesdi-
Oxunma sayı: 4952

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Nəqliyyat Nazirliyinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək vahid bir nazirliyin yaradılmasından sonra ən çox verilən - “Niyə məhz bu iki nazirlik?” “Bunların nə əlaqəsi var?” kimi suallara cavab verib.

Qafqazinfo” xəbər verir ki, ekspert cavabların çox sadə olduğunu qeyd edib:

1. Müasir dövrdə söhbət artıq logistikadan gedir. Nəqliyyat 50-60 il qabaqkı kimi fəaliyyət göstərmir. Bu işdə müasir texnologiyalar əsasında informasiya dəstəyi və yüksək rabitə təminatı, son texnologiyalı nəzarət (müxtəlif xarakterli naviqasiya sistemləri və s.) olmasa, normal idaretmədən və fəaliyyətdən söhbət gedə bilməz.

2. Bu iki nazirliyin birləşdirilməsi ölkənin icra hakimiyyətini xeyli dərəcədə sadələşdirir.

3. Görünür, nəqliyyat sahəsində illərdən bəri yığılıb qalan problemlərin real həlli üçün belə təşkilati-hüquqi variant daha məqbul sayılıb. Ümid edək ki, nəhayət problemlərin həqiqi həllini də görəcəyik.

4. Dünyanın hər bir qitəsində nəqliyyat və rabitə sektorunun eyni orqan tərəfindən idarə edilməsi təcrübəsi olan dövlətlər (Türkiyə, Avstriya, Norveç, Finlandiya, Peru, Çili, Oman, Qətər, Myanma (keçmiş Birma və s.) var”.

Günel Hacı