Neftin qiyməti ilə bağlı - Açıqlama

neftin-qiymeti-ile-bagli
Oxunma sayı: 1417

Dünya bazarında neft qiymətlərinin səviyyəsi hələ ki, qiymətlərin balanslaşdırılmasından uzaqdır.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bunu OPEK-in baş katibi Məhəmməd Barkindo deyib.

Onun sözlərinə görə, neft ölkələrinin hasilatı azaltmaq barədə qərarına baxmayaraq neft ehtiyatları hələ də həddən artıq çoxdur: "Neft bazarında qiymətlərin balanslaşacağını gözləmək tezdir. Hasil olunan neft ehtiyatları həddən artıq çoxdur".