“Neftin qiyməti 10 dollara qədər düşə bilər” - İqor Seçin

neftin-qiymeti-10-dollara-qeder-duse-biler
Oxunma sayı: 1774

“Neft bazarında maliyyə oyunçuları qiymətlərin istənilən, hətta bir barelin 10 dollara ola biləcək səviyyəsini sınaqdan keçirməyə hazırdırlar”.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, bunu “Rosneft”in rəhbəri İqor Seçin deyib.

“Etiraf etmək lazımdır ki, biz bazarın maliyyə iştirakçılarının öz sırf maliyyə məsələlərinin həllində məhdudiyyət tanımadıqlarını və yanvarda bir barel üçün 27 dollar, hətta bir barelin 10 dollara ola biləcək səviyyəsini sınaqdan keçirməyə hazır olduqları faktını dəyərləndirməmişik”, - deyə İ.Seçin “IP Week 2016” konfransında bildirib.