Neft ucuzlaşdı

neft-ucuzlasdi
Oxunma sayı: 1243

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,06 dollar və yaxud 2,34% ucuzlaşıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,25 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.