“Neft tezliklə bahalaşmağa başlayacaq” - Aleksandr Novak

neft-tezlikle-bahalasmaga-baslayacaq-
Oxunma sayı: 1639

Rusiya energetika naziri Aleksandr Novakın fikrincə, neftin ucuzlaşası dövrü 2017-ci ildə bitəcək.

QafqazinfoAnspress-ə istinadən xəbər verir ki, "Vestifinance" forumunda çıxış edən rus nazir bildirib ki, gələn ilin sonlarından "tələb və təklif balansının bərpası" baş verəcək. Amma Novakın sözlərinə görə, "qısamüddətli kənaraçıxmalar" ola bilər.

"Düzünü desəm, mən qısamüddətli kənaraçıxmaları istisna etmirəm, amma bütünlükdə meyl bahalaşmaya doğru olacaq. Amma kənaraçıxmalar istisna edilmir, çünki neftin qiymətinin indiki bahalaşmasına bir sıra ölkələrdə baş vermiş fövqəladə hallar təsir edib. Bunların sırasında Kanadada yanğınları, Liviya və Nigeriyada fövqəladə halları, Küveytdə tətillər var", - deyə Novak vurğulayıb.

Novak düşünür ki, 2017-ci ildən sonra neftin barelinin qiyməti 60-65 dollar diapazonuna qayıda bilər. Onun fikrincə, sahənin perspektivlərinə sərmayəçilərin inamının azalması hasilatın azalmasına səbəb olacaq: "Bizim qiymətləndirməmizə görə, indiki neft qiymətlərində belə hasilat azalacaq və iyul-avqust aylarında ən aşağı nöqtəyə düşəcək. ABŞ-da da hasilat daha 700 min barel/sutka azalacaq".

Buna görə Novak yaranmış vəziyyətdə neft hasilatının səviyyəsinin azalması barədə müzakirələrin arxa plana keçirdiyini bildirib.