Neft Fondunun 49,2 faizini dollar, 34,3 faizini isə avro təşkil edir

neft-fondunun-492-faizini-dollar-343-faizini-ise-avro-teskil-edir
Oxunma sayı: 814

2017-ci il yanvarın 1-nə fondun aktivləri 2016-cı ilin əvvəlinə - 33 milyard 574,1 milyon ABŞ dollarına nisbətən 1,27 faiz azalaraq 33 milyard 147 milyon ABŞ dollarına bərabər olub.

ARDNF-in cəmi aktivlərinin 33 milyard 30 milyon (99,6 faiz) ABŞ dollarına bərabər hissəsi investisiya portfelinin payına düşür. Manat vəsaitlərinin valyuta ifadəsində həcmi isə 117 milyon (0,4 faiz) ABŞ dollarına bərabərdir.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, ARDNF-in investisiya portfelində 16 milyard 240,2 milyon (49,2 faiz) ABŞ dolları (+ MSCI indeksi üzrə), 10 milyard 753,4 milyon (34,3 faiz) avro, 1 milyard 283,5 milyon (4,8 faiz) funt-sterlinq, 288,4 milyon (0,6 faiz) Avstraliya dolları, 1 milyard 248,6 milyon (1,1 faiz) Türkiyə lirəsi, təxminən 33 milyard (1,6 faiz) Rusiya rublu, 496 milyard 350 milyon (1,2 faiz) Koreya vonu, 3 milyard 160,4 milyon (1,4 faiz) Çin yuanı, 44 milyard 331,1 milyon (1,1 faiz) Yaponiya yeni, 424,5 milyon (1,3 faiz) digər valyutalar, 1 milyard 111,7 milyon (3,4 faiz) qızıl (970,146 troya unsiya, 30,17 ton) təşkil edir.