“MilliNet-2015”in qalibləri dekabrda elan ediləcək

millinet-2015in-qalibleri-dekabrda-elan-edilecek
Oxunma sayı: 1396

“MilliNet-2015” Milli İnternet Mükafatının qalibləri dekabrın ikinci yarısında elan ediləcək.

“Qafqazinfo”nun ictnews.az-a istinadən məlumatına əsasən, bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib, bu isə ötən illə müqayisədə 14 faizədək çoxdur.

“MilliNet” Təşkilat Komitəsi bildirib ki, müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir. Hazırda, 1-ci mərhələ üzrə səsvermə davam edir. Bu mərhələdə səsvermənin nəticələrinə əsasən, bütün nominasiyalar üzrə ikinci mərhələyə keçəcək nominantlar müəyyən olunacaq.

İkinci səsvermə mərhələsi dekabrın 2-də başlayacaq və dekabrın 11-də saat 00:00-da yekunlaşacaq.

Münsiflərin Milli İnternet Mükafatının finalçılarına verdikləri qiymətlər yalnız dekabrın 2-ci dekadasında keçiriləcək təqdimat mərasimində açıqlanacaq.