Məşhur şirkət çökə bilər - 50 milyardlıq zərər

meshur-sirket-coke-biler
Oxunma sayı: 2453

Dünyaca məşhur alman istehsalı avtomobil markası olan “Volkswagen”in çirkli qaz dəyərlərini aşağı göstərmək üçün rəqəmlərlə oynaması qalmaqalı alman futbolundan da yan keçməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, başda sahibi olduğu “Volfsburq” klubu olmaqla Bundesliqa və Bundesliqa 2-də çıxış edən 36 komandadan 17-ni maliyyələşdirən şirkət hər il futbola 100 milyon avro pul yatırır. Maliyyə dəstəyi verilən 17 komandadan 10-u Bundesliqada, 7-si isə Bundesliqa 2-də oynayır. Həmin komandalar arasında “Bavariya”, “Şalke”, “Verder Bremen” kimi alman nəhəngləri də var.

Bundan başqa avtomobil şirkəti sadəcə alman komandalarına sponsorluq etmir. Tərkibində “Volkswagen” , “Audi”, “Porsche” , “Bentley” , “Lamborghini” , “Seat” və Skoda markalarını birləşdirəm alman şirkəti İspaniya, Fransa, İtaliya və Braziliyada bir çox komandaların da maliyyə dəstəkçisidir. İspaniya La Liqasında “Barselona” , “Real” , “Valensia” və “Atletiko”ya sponsorluq edən şirkət İtaliya da isə “Milan”a dəstək verir. “Volkswagen” şirkətlər qrupu Fransa və Braziliya Futbol Federasiyasının da baş sponsorları arasındadır.

Mütəxəssislər bu qalmaqallı hadisənin şirkətə 50 milyarddan çox zərər verəcəyini bildirib. Bu da şirkətin sponsoru olduğu klublara maliyyə dəstəyini dayandırması ilə nəticələnəcək.

Günel Hacı