Mərkəzi Bankda 47 milyonluq hərrac

merkezi-bankda-47-milyonluq-herrac
Oxunma sayı: 1827

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirilib.

Qafqazinfo” xəbər verir ki, bankın bu haqda yaydığı açıqlamada bildirilir ki, 20 fevral 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlbedilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 47,7 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,87% təşkil edib.