Mərkəzi Bank növbəti hərracın vaxtını açıqladı

merkezi-bank-novbeti-herracin-vaxtini-aciqladi
Oxunma sayı: 2120

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 31-də 50 milyon manatın cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.

Qafqazinfo”nun məlumatına görə, hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək. Depozitlər üzrə faiz dərəcəsi 12,01-14,99 % arasında dəyişəcək.

Vəsaitlərin yerləşdirmə müddəti 28 gündür.

Qeyd edək ki, Azərbaycanda 32 bank fəaliyyət göstərir.