Mərkəzi Bank 6 milyonluq notlar buraxacaq

merkezi-bank-6-milyonluq-notlar-buraxacaq
Oxunma sayı: 1186

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Mərkəzi Bankın (AMB) cari hesabat ilində emissiyası nəzərdə tutulan hər birinin nominal dəyəri 100 (yüz) manat olan 6 000 000 (altı milyon) ədəd qısamüddətli notlarının emissiya prospekti 52S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan “Qafqazinfo”ya verilən məlumata görə, həmçinin AMB-nin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 500 000 (beş yüz min) ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100152S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Sözügedən notların tədavül müddəti 28 gündür.