Manat istiqrazları buraxıla bilər

manat-istiqrazlari-buraxila-biler
Oxunma sayı: 1117

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası beynəlxalq maliyyə təşkilatları ilə xarici maliyyə strukturları tərəfindən manat istiqrazlarının buraxılması barədə danışıqlar aparır.

"Qafqazinfo" xəbər verir ki, bunu Trend-ə Dünya Bankının Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə aparıcı eksperti Anjela Priqojina deyib.

Onun sözlərinə görə, hazırda Avropa bankları və beynəlxalq maliyyə korporasiyaları Azərbaycana milli valyutada kreditləri yalnız valyuta risklərinin hecləşdirilməsi vasitəsilə təqdim edə bilər.

O əlavə edib ki, hazırda Dünya Bankı milli valyuta kreditləşməsi ilə Çin, Yaponiya və Braziliyada məşğul olur.

Manat istiqrazının buraxılışına hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı maraq göstərir.