Mal-qara bazarında bahalaşma - Video

mal-qara-bazarinda-bahalasma
Oxunma sayı: 5354

Qiymət artımı olsa da, regionun ən iri bazarı hesab olunan Bərdədə canlanma müşahidə olunur.

Bazarda diri heyvanın çəkisi 6 manatdan aşağı hesablanmır. Satıcılar mal-qaranın qiymətində artımın olmasını heyvan yemlərinin bahalaşması ilə əlaqələndirir. Onların sözlərinə görə, heyvanın qidalanması üçün lazım olan çiyid, jımıx, arpa və sair bu kimi yemlərin bahalaşması heyvanların qiymətində artıma gətirib çıxarır. Adı çəkilən yemlər əvvəl 60 qəpik - 1 manat arasında satılırdısa, indi yemlərin qiymətində 30-50 qəpik artım var.

Heyvanların bahalaşmasına bir səbəb də ot qıtlığıdır. 1 yonca bağlaması 2 manat 50 qəpikdən 3 manata qədər, təbii ot 2 manat, 2 manat 50 qəpiyə, ən ucuz başa gələn saman bağlaması isə 1 manat 50 qəpiyə təklif olunur. Heyvanlar əvvəlkindən 40-50 manat baha təklif edilir.

Qafqazinfo” xezerxeber-ə istinadən mövzu ilə bağlı videomaterilı təqdim edir: