Maaşı gecikdi, bank hesabına blok qoyuldu - Video

maasi-gecikdi-bank-hesabina-blok-qoyuldu
Oxunma sayı: 2584

Bakı sakini İsmayıl Hümbətov özündən asılı olmayan səbəbə görə maaşından məhrum olub.

Qafqazinfo” xezerxeber-ə istinadən xəbər verir ki, o, ötən ilin avqust ayında əməkhaqqı aldığı bankdan kredit götürüb. Bu şərtlə ki, hər ay vəsait hesabına köçürüləndə aylıq ödəniş oradan çıxılsın. Ancaq son aylar maaşı bir neçə gün gecikir. Buna görə bank İsmayıl Hümbətovun kartına birdəfəlik blok qoyub və bütün pulunu mənimsəyib.

Hüquqşünaslar belə halın qanuna zidd olduğunu bildirirlər. Çünki borcun ödənilməsi aylıq əməkhaqqının tam məbləğinə yönəldilə bilməz.

Bəs əməkhaqqı vətəndaşdan asılı olmayan səbəbdən hesaba gec köçürülürsə, ona əlavə cərimə faizlərinin hesablanması doğrudurmu?