Kreditini ödədi - 5 il sonra məhkəməyə verildi

kreditini-odedi-
Oxunma sayı: 3129

Balaxanı qəsəbəsi, “6 mədən” ünvanında yaşayan Nargilə Sulatanova 2006-cı ildə paytaxtdakı mağzalardan birindən mebel alıb. Dediyinə görə, kreditə götürdüyü mebelin pulunu ödəyib bitirdikdən 5 il sonra ona kredit borcunun olduğu haqqında məhkəmə qətnaməsi gəlib.

Qafqazinfo” xezerxeber-ə istinadən xəbər verir ki, Nargilə Sultanovanın sözlərinə görə, mebeli götürən zaman ona “banka ödəniş olunacaq və ya bankla müqavilə var”,- deyə heç bir xəbərdarlıq edilməyib. Mebel mağazası ilə müqavilə bağlanıb və hər ay məbləğ mağazaya ödənilib.

Maraqlısı budur ki, onun mebel aldığı salon da hazırda fəaliyyət göstərmir. İndi mübahisə tərəfləri kimi bankla həmin qadın qalıb. Nargilə Sultanova deyir ki, artıq məhkəminin qərarı ilə onun ölkədən çıxışına da qadağa qoyulub.

Ekspertlər isə deyir ki, əgər məsələ qadının dediyi şəkildə baş veribsə burada ciddi hüquqi pozuntular var. Yəni bank müqavilə üzrə son ödəniş vaxtından 3 il müddət keçibsə burda bank iddia hüququnu itirir. Həmin qadın elə təkcə bu əsasa görə qərarı ləğv etdirə bilər.