Kondisioner idxalı kəskin artıb

kondisioner-idxali-keskin-artib
Oxunma sayı: 1144

2016-cı ildə Azərbaycana kondisioner idxalı kəskin artıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” Dövlət Statistika Komitəsindən məlumat yayıb. Agentlik bildirir ki, bu ilin yanvar-avqust aylarında respublikaya 72,238 min ədəd məişət kondisioneri idxal olunub ki, bu da ötən ilin 8 ayının göstəricisindən 5,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri 17 mln. 112 min dollar məbləğində qiymətləndirilir (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 7,6 dəfə).

Statistik məlumatlara əsasən yanvar-avqust aylarında hesablama maşınları, blok və qurğularının ölkəyə idxalında kəskin artım müşahidə olunub. Cari ilin 8 ayı ərzində Azərbaycana $25 mln. 754,8 min dəyərində 152,4 min ədəd hesablama maşını, blok və qurğusu (artım 3,1 dəfə) idxal olunub.

Bundan başqa, yanvar-sentyabr aylarında respublikaya ofis, mətbəx və yataq mebellərinin idxalı 32,1% - 560,7 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri 55 mln. 192,5 min dollar təşkil edir (artım 11,4%).