Kərəm Həsənov Ağdaşda vətəndaşları qəbul edəcək

kerem-hesenov-agdasda-vetendaslari-qebul-edecek
Oxunma sayı: 745

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 25 noyabr 2016-cı il tarixində Ağdaş rayonunda vətəndaşları qəbul edəcək.

Qafqazinfo” xəbər verir ki, qəbulda yalnız Ağdaş, Yevlax rayonları və Mingəçevir şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Ağdaş rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi idarəsi:

(02233) 6-70-09 (02023) 5-41-71