İraq neft hasilatının səviyyəsini azaltmayacaq

iraq-neft-hasilatinin-seviyyesini-azaltmayacaq
Oxunma sayı: 675

“İraq sutkada 4,7 milyon barrel neft hasilatının hazırkı səviyyəsini azaltmaq niyyətində deyil”.

Qafqazinfo”nun “Bloomberq”ə istinadən məlumatına görə, bu barədə “State Oil Marketing Organization” (SOMO) İraq Dövlət Neft Şirkətinin rəhbəri Fələh əl-Əmri bildirib.

“Biz sutka ərzində hədəf qoyulmuş 4,7 barrel neft hasilatına çatmışıq. Biz keçmişə qayıtmağa hazırlaşmırıq. Bu, suverenlik məsələsidir”, - deyə əl-Əmri Bağdadda mətbuat konfransında çıxışı zamanı söyləyib.

İraqın neft naziri Cabar əl-Lyaibi isə vurğulayıb ki, İŞİD-ə qarşı mübarizə aparan dövlətlər, məsələn, İraq, Nigeriya və İran neft hasilatının həcminin dondurulması məsələsinə qoşulmamalıdır.