İranla sərhəddəki gündəlik iş saatı artırıldı

iranla-serheddeki-gundelik-is-saati-artirildi
Oxunma sayı: 1004

Azərbaycanla İran arasında Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsinin gündəlik iş rejimi 10 saatdan 12 saata çatdırılıb.

Qafqazinfo” Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, artıq oktyabrın 29-dan Şahtaxtı və Poldəşt gömrük orqanları Bakı vaxtıyla səhər saat 08:30-dan axşam saat 20:30-dək fəaliyyət göstərəcək.

İş vaxtının uzadılması vətəndaşların Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsindən istifadəsinin daha da yaxşılaşmasına, eləcə də xarici ticarət dövriyyəsinin artmasına şərait yaradacaq.

Beynəlxalq statusa malik Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsində tətbiq olunan yeniliklərdən biri də yüklü nəqliyyat vasitələrinin buraxılışının təmin olunmasıdır. İran İslam Respublikasının Poldəşt gömrüyünün yenidən qurulması və iş prosesində elektron idarəetmə sisteminin tətbiqinə başlanılması imkan verir ki, Naxçıvan Muxtar Respubikasından xarici ölkələrə və Azərbaycanın digər bölgələrinə gedən və əks istiqamətdə gələn yüklü nəqliyyat vasitələrinin buraxılışı həyata keçirilə bilsin. Bu isə öz növbəsində xarici ticarət əməliyyatları ilə bərabər Naxçıvanın tranzit potensialının artmasına da əlavə stimuldur.