İran neft hasilatını sanksiyalardan əvvəlki səviyyəyə çatdırdı

iran-neft-hasilatini-sanksiyalardan-evvelki-seviyyeye-catdirdi
Oxunma sayı: 891

İran neft hasilatını gündə 3, 8 milyon barrelə çatdırıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” “Al Arabia” telekanalına istinadən məlumat yayıb.

Beynəlxalq Energetika Agentliyinin (MEA) məlumatına görə, İran sanksiyalara qədər gün ərzində 3, 5 – 3, 7 milyon barrel neft hasil edib.

Ötən ay İran Milli Neft Kompaniyasının icraedici direktoru Rokdoddin Cavadi bəyan etmişdi ki, İranda neft hasilatı sanksiyalardan əvvəlki iyun səviyyəsinə çatacaq.

İran hökuməti neft hasilatını cari ilin sonuna qədər 4 milyon barrelə çatdırmaq fikrindədir.