İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradıldı

iqtisadiyyat-nazirliyinde-apellyasiya-surasi-yaradildi
Oxunma sayı: 1328

Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrası olaraq, İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb.

Bu barədə “Qafqazinfo”ya Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxildir.