İndiyədək 17 min 988 ipoteka krediti verilib - Statistika

indiyedek-17-min-988-ipoteka-krediti-verilib
Oxunma sayı: 1407

Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 988 ipoteka krediti verib.

“Qafqazinfo”nun məlumatına görə, AİF-dən AzərTAC-a bildiriblər ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 730 milyon 372 min 420 manatdan çoxdur.

Qeyd edək ki, AİF 2006-cı ilin martından ipoteka kreditləri verməyə başlayıb.