Hər yerdə keçərli olan taksit kart hansıdır?

her-yerde-kecerli-olan-taksit-kart-hansidir
Oxunma sayı: 889

Smilecard - adi taksit kart deyil. O əksər analoji bank kartlarından fərqli olaraq, məhdud sayda tərəfdaşlarda deyil, bütün alqı-satqı məntəqələrində keçərlidir. Belə ki, Smilecard sahibləri dünyanın istənilən yerində kartdan istifadə edərkən (nağdlaşdırma, onlayn alış-veriş, POS ödənişlər və s.) xərclənən məbləğ avtomatik 6 və ya 12 aya bölünür və ödəniş qrafiki formalaşır.

Smilecard 2000 AZN-dək arta bilən taksit balansına malikdir. Bu karta sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında Expressbank-ın istənilən filialına yaxınlaşmaqla özündə həm taksit kart, həm “cash back” (xərclənən məbləğin bir hissəsinin geri qayıtması) funksiyalarını birləşdirən - Smilecard-ı ala bilərlər.

Smilecard-ın digər üstünlükləri sırasında - kartın pulsuz verilməsi, 4 ilədək istifadə müddəti, pulsuz SMS məlumatlandırma və s. funksiyaları sadalamaq olar. Amma bu da son deyil. ExpressClub şəbəkəsi çərçivəsində Smilecard-la POS-terminal vasitəsi ilə nağdsız ödənişlər etdikdə 20%-dək “cash back” müştərilərə geri qayıdır. Şəbəkəyə daxil olan tərəfdaşların siyahısı daim yenilənməkdə və artmaqdadır. Tərəfdaş olmayan bütün müəssisələrdə isə “cash back” 0,3% təşkil edir.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 500-dək ExpressPay ödəniş terminalı vardır.

Daha ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Smilecard – Gülə gülə xərcləyib, xırda – xırda ödəyin.